MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir.

Bu barədə "Birxeber.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçularla maarifləndirici söhbətlər, fikir mübadiləsi aparılır, onlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir, həmçinin şəxsi heyəti maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Keçirilən dərslər və məşğələlərdə mənəvi-psixoloji hazırlıqlı bütün hərbi qulluqçular Vətən torpaqlarını istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirirlər.

Qeyd olunub ki, cari ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.