İddiaçılar Turniri: Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə gələcək

İddiaçılar Turniri: Nicat Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

"Birxeber.Az"un məlumatına görə, 28 yaşlı qrossmeyster VIII turda rusiyalı Yan Nepomnyaşi (FIDE) ilə üz-üzə gələcək.

Abasov qara fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında I tura təsadüf edən görüş heç-heçə yekunlaşıb - 0,5:0,5.

Azərbaycan təmsilçisi hazırda 2 xalla sonuncu - səkkizinci sıradadır. 4,5 xala malik Nepomnyaşi isə vahid liderdir.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.