Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.