İspaniya Rusiyadan olan sahibkarlarla bağlı 12 hesabı və fondu dondurub

İspaniya Rusiyadan olan sahibkarlarla bağlı 12 hesabı və fondu dondurub

İspaniya hakimiyyəti Avropa İttifaqının sanksiya siyahısna düşən 5 rusiyalı sahibkarla bağlılığı olduğu iddia edilən 12 bank hesabını və fondu dondurub.

“Birxeber” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Europa Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin üç yaxta da saxlanılıb və Rusiyadan olan iş adamlarına aid 23 daşınmaz əmlak obyektinə qarşı tədbirlər görülüb.

Çirkli pulların yuyulmasının qarşısının alınması üzrə mərkəzləşdirilmiş orqan 14 rusiyalı sahibkar və onlarla əlaqəli yüzə yaxın fiziki və hüquqi şəxs haqqında məlumatları səlahiyyətli orqanlara verib. Bundan əlavə, qurum İspaniyada Aİ sanksiyalarına məruz qalan şəxslərə aid olduğu iddia edilən 29 daşınmaz əmlak obyekti, habelə gəmilər üçün yanalma körpüsü barədə məlumat verib.

Bundan əvvəl “El Pais” qəzeti Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra İspaniya hökumətinin işçi qrupu yaratdığını və onun tərkibinə müxtəlif sahələrdən ekspertlərin daxil edildiyini yazmışdı. Bundan əlavə, krallığın səlahiyyətli orqanları Rusiya sahibkarları ilə əlaqəli olduğu iddia edilən əmlakın müsadirəsini sadələşdirməyə yönəlmiş xüsusi mexanizmi təsdiqləyib. Bu mexanizm Aİ-nin sanksiya siyahısına daxil edilmiş sahibkarların əmlakını, hətta üçüncü şəxslərin və ya şirkətlərin adına rəsmiləşdirildiyi halda belə, dondurmağa imkan verən sistemi nəzərdə tutur.

--- ---
Azərbaycanın bank sektorunun aktivləri 22% artıb

Azərbaycanın bank sektorunun aktivləri 22% artıb

--- ---
Dövlət Vergi Xidməti 1 milyon manatlıq lisenziya alır

Dövlət Vergi Xidməti 1 milyon manatlıq lisenziya alır

--- ---
KİV: "Rusiyanın defolt riski sanksiyalara görə davam edir"

KİV: "Rusiyanın defolt riski sanksiyalara görə davam edir"

--- ---
Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub

Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub

--- ---
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.04.2022)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.04.2022)

--- ---
Əmlak Məsələləri Dövlət Xidməti 3 ayda büdcəyə 15 mln manat vəsait köçürüb

Əmlak Məsələləri Dövlət Xidməti 3 ayda büdcəyə 15 mln manat vəsait köçürüb

--- ---
Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 5 %-ə yaxın artıb

Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 5 %-ə yaxın artıb

--- ---
Azərbaycan BOKT-u daha 2 milyon manatlıq istiqraz buraxır

Azərbaycan BOKT-u daha 2 milyon manatlıq istiqraz buraxır

--- ---
Daşınmaz əmlakın istismarına dair mülki məsuliyyət niyə sığortalanmalıdır?

Daşınmaz əmlakın istismarına dair mülki məsuliyyət niyə sığortalanmalıdır?

--- ---
"PAŞA Yatırım Bankası"nın qiymətli kağızları delistinq edilib

"PAŞA Yatırım Bankası"nın qiymətli kağızları delistinq edilib

--- ---
Azər Mursaqulov: "Azərbaycanın daxili borclanması ÜDM-nin 2,6 %-i qədərdir"

Azər Mursaqulov: "Azərbaycanın daxili borclanması ÜDM-nin 2,6 %-i qədərdir"

--- ---
AzTV auditor seçib

AzTV auditor seçib