İran ABŞ hərbi bazasına hücumda iştirakını təkzib edib

İran ABŞ hərbi bazasına hücumda iştirakını təkzib edib

İranın ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücumla heç bir əlaqəsi yoxdur.

“Report” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

“İranın hücumda iştirakı ilə bağlı bəyanatlar regiondakı reallıqları dəyişdirmək üçün konkret siyasi məqsədlərlə verilib”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 28-də İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına PUA ilə hücum edilib. Son məlumata görə, nəticədə 3 amerikalı hərbçi ölüb, 34 nəfər isə yaralanıb.