Keniyada daşqında azı 13 nəfər ölüb

Keniyada daşqında azı 13 nəfər ölüb

Keniyada daşqında azı 13 nəfər ölüb, 15 min nəfər təxliyə olunub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Güclü yağışların yaratdığı təbii fəlakət həmçinin infrastrukturun zədələnməsinə, yolların su altında qalmasına, mal-qaranın tələf olmasına səbəb olub.

Keniyada martın ikinci yarısında başlayan uzun sürən yağış mövsümü may ayının sonunadək yağacaq. Keniya Meteorologiya Departamentinin məlumatına görə, leysan aprelin 15-dək ölkənin əksər hissəsində davam edəcək.