Blinken iordaniyalı həmkarı ilə İran ətrafındakı vəziyyəti müzakirə edib

Blinken iordaniyalı həmkarı ilə İran ətrafındakı vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi ilə telefonla regionda İran ətrafındakı vəziyyəti müzakirə edib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller danışıqlardan sonra məlumat verib.

Bildirilib ki, tərəflər bölgədə gərginliyin qarşısını almaq üçün təcili məsələləri, eləcə də Qəzza zolağında böhrana dayanıqlı son qoyulması üçün diplomatik səyləri müzakirə ediblər.