Azərbaycan Basketbol Liqası: "Sabah" vahid lider olub, "Sumqayıt"ın pley-off şansı bitib

Azərbaycan Basketbol Liqası: "Sabah" vahid lider olub, "Sumqayıt"ın pley-off şansı bitib

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 17-ci turunun üçüncü oyunu baş tutub.

"Report" xəbər verir ki, pley-off uğrunda mübarizə aparan "Sumqayıt" çempionatın liderlərindən sayılan "Sabah" ilə qarşılaşıb.

Oyun "Sabah"ın 93:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra "Sabah" turnir cədvəlində vahid lider olub. "Sumqayıt" isə pley-off şansını itirib və "Sərhədçi" klublunun pley-offa vəsiqə qazanması rəsmiləşib.

Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Lenard Dikson (28 xal, 7 ribaund), "Sabah"dan Dezmond Kembric (23 xal, 8 ribaund) olublar.