Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in hesabat-seçki konfransına qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in hesabat-seçki konfransına qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

Federasiyanın mətbuat xidmətindən “Birxeber.Az”a verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, digər yeniliklər və keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri də söhbət mövzusu olacaq.