İsrail Suriyaya zərbə endirib, ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb - YENİLƏNİB-2

İsrail Suriyaya zərbə endirib, ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb - YENİLƏNİB-2

İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Məhəmməd Əmin Səmədi Dəməşq hücumunda aldığı yaralardan ölüb.

Bununla da İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava hücumunda ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb.

***

14:26

İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava hücumunda 4 iranlı hərbi müşavir öldürülüb.

APA xəbər verir ki, bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

***

13:41

İsrailin Suriyaya endirdiyi hava zərbələri nəticəsində iki yüksək rütbəli SEPAH müşaviri öldürülüb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin kəşfiyyat komandiri, eyni zamanda, digər yüksək rütbəli SEPAH üzvü İsrailin Dəməşqə hücumu nəticəsində öldürülüb.

***

13:01

İsrail Suriyaya zərbə endirib, SEPAH üzvü öldürülüb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İsrailin Dəməşqdə yaşayış binasına zərbə endirməsi nəticəsində SEPAH üzvü öldürülüb, yaralılar var.

Yaşayış binasının tamamilə dağıdıldığı qeyd olunub.

Suriya mənbələri isə bir neçə SEPAH üzvünün öldürüldüyünü bildirir.