İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - YENİLƏNİB

İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirib. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd etdi.

Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirdi.

Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd etdi.

Kadri Simson Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə etdi və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırdı. Qonaq dedi ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir. Energetika məsələləri üzrə komissar bildirdi ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfəsinin və Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı.

11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Ermənistanın TŞ-yə növbəti müraciəti BMT Nizamnaməsinin tələblərinin pozulmasıdır"

Ceyhun Bayramov: "Ermənistanın TŞ-yə növbəti müraciəti BMT Nizamnaməsinin tələblərinin pozulmasıdır"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

Xarici siyasət Xarici siyasət
Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik edib

Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Qırğız Respublikasının Türkiyədəki səfirləri görüşüb

Azərbaycan və Qırğız Respublikasının Türkiyədəki səfirləri görüşüb

Xarici siyasət Xarici siyasət
Yaşar Əliyev: Ermənistan humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə edir

Yaşar Əliyev: Ermənistan humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə edir

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Ceyhun Bayramov Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

Xarici siyasət Xarici siyasət
Moldovada 20 Yanvar faciəsi qurbanları yad edilib

Moldovada 20 Yanvar faciəsi qurbanları yad edilib

Xarici siyasət Xarici siyasət
Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Xarici siyasət Xarici siyasət
XİN başçısı: "Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi şəffaflığı və təhlükəsizliyi təmin edəcək"

XİN başçısı: "Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi şəffaflığı və təhlükəsizliyi təmin edəcək"

Xarici siyasət Xarici siyasət
Prezident: "Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən Azərbaycan olub"

Prezident: "Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən Azərbaycan olub"

Xarici siyasət Xarici siyasət
Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş başa çatıb - YENİLƏNİB-2

Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş başa çatıb - YENİLƏNİB-2