İsrail Müdafiə Qüvvələri: Livandan atılan 40-a yaxın raket İsrailə çatıb

İsrail Müdafiə Qüvvələri: Livandan atılan 40-a yaxın raket İsrailə çatıb

İsrail Müdafiə Qüvvələri Livandan İsrail ərazisinə uçan 40-a yaxın raketin buraxılmasını qeydə alıb, onlardan bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“40-a yaxın raketin Livan ərazisindən İsrailə uçduğu qeydə alınıb, onlardan bəziləri ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Xəsarət alanlar barədə məlumat yoxdur”, - qurumdan qeyd edilib.