Moskvanın məşhur "Mərkəzi Uşaq Mağazası" azərbaycanlı iş adamına satılıb

Moskvanın məşhur "Mərkəzi Uşaq Mağazası" azərbaycanlı iş adamına satılıb

Moskvanın mərkəzində, Lubyankada yeləşən məşhur "Mərkəzi Uşaq Mağazası" yəhudi əsilli azərbaycanlı iş adamlarına satılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, "Mərkəzi Uşaq Mağazası"nı Qod Nisanov və Zarax İliyevin sahibi olduqları "Kiyevskaya ploşad" şirkəti alıb.

1957-ci ildən fəaliyyət göstərən Lubyankadakı Mərkəzi Uşaq Mağazasını hansı məbləğə satıldığı açıqlanmayıb.

Qeyd edək ki, "Kiyevsakay Ploşad" Rusiyada kommersiya daşınmaz əmlakının nəhənglərindən hesab olunur. Şirkət "Forbes"ə görə ölkənin icarəçilər reytinqində birinci yerdədir. Nəşrin hesablamalarına görə, onun 2023-cü il üçün icarə gəliri 1,76 milyard dollar təşkil edib.

Şirkətə Moskvada yerləşən “Yevropeyski” və “Food City” ticarət mərkəzləri, “Depo” qida mərkəzi, “Olimpiyskiy” idman kompleksi və “Şolkovski” ticarət mərkəzləri daxildir.