DSMF-in sərbəst vəsaitləri və investisiya gəlirləri Mərkəzi Bankda saxlanacaq

DSMF-in sərbəst vəsaitləri və investisiya gəlirləri Mərkəzi Bankda saxlanacaq

Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi qaydası müəyyən edilib.

“Report” xəbər verir ki, bu, “Sosial sığorta haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanunda yeni anlayışlar kimi sərbəst vəsait və investisiya gəliri terminlərinin əlavə edilməsi təklif edilir. Həmin anlayışlar DSMF-nin investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir.

Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.

Digər tərəfdən Qanunun 1-ci maddəsi sosial sığorta anlayışı adlansa da, Qanunda ayrıca anlayışlar maddəsinin olmaması, habelə digər maddələrdə də anlayış müəyyən edən normaların nəzərdə tutulması həmin müddəaların əlavə edilməsi təklif edilən yeni anlayışlarla vahid maddədə birləşdirilərək Qanunun 1-ci maddəsinin yeni redaksiyada verilməsini şərtləndirib. Bununla bağlı olaraq digər maddələrdə olan anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilib.

Eyni zamanda layihədə sərbəst vəsaitin investisiyaya yönəldilməsi ilə bağlı fəaliyyətin Qanundan irəli gələn müvafiq qaydada detallaşdırılması təklif edilir.

Bununla belə layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.

Qeyd edək ki, qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Maliyyə Maliyyə
Milli 18-ci DİM göstəricilərinin metodologiyaları hazırlanır

Milli 18-ci DİM göstəricilərinin metodologiyaları hazırlanır

Maliyyə Maliyyə
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi auditor seçib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi auditor seçib

Maliyyə Maliyyə
Azərbaycanda I rübdə ehtiyat fondlardan 22 milyon manat vəsait xərclənib

Azərbaycanda I rübdə ehtiyat fondlardan 22 milyon manat vəsait xərclənib

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2023)

Maliyyə Maliyyə
Azərbaycanla Türkiyə arasında sığorta əlaqələrinin gücləndirilməsi müzakirə olunub

Azərbaycanla Türkiyə arasında sığorta əlaqələrinin gücləndirilməsi müzakirə olunub

Maliyyə Maliyyə
Gənclərə güzəştli kreditlərin verilməsi qaydalarına dəyişiklik edilib

Gənclərə güzəştli kreditlərin verilməsi qaydalarına dəyişiklik edilib

Maliyyə Maliyyə
Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb

Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb

Maliyyə Maliyyə
KİV: ABŞ “Binance”ın rusiyalılara sanksiyalardan yan keçməyə kömək edib-etmədiyini araşdırır

KİV: ABŞ “Binance”ın rusiyalılara sanksiyalardan yan keçməyə kömək edib-etmədiyini araşdırır

Maliyyə Maliyyə
“Kapital Bank” və “Qırmızı Ürəklər”in iştirakıyla Xəzərin sahili təmizlənib

“Kapital Bank” və “Qırmızı Ürəklər”in iştirakıyla Xəzərin sahili təmizlənib

Maliyyə Maliyyə
“Günay Bank”ın qiymətli kağızları delistinq edilib

“Günay Bank”ın qiymətli kağızları delistinq edilib

Maliyyə Maliyyə
“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

“Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

Maliyyə Maliyyə
Azərbaycanın Hesablama Palatası Tacikistan AAQ-də yoxlamalar aparır

Azərbaycanın Hesablama Palatası Tacikistan AAQ-də yoxlamalar aparır