Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, 4 nəfər ölüb, 20 yaralı var - YENİLƏNİB

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, 4 nəfər ölüb, 20 yaralı var - YENİLƏNİB

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb.

"Birxeber.Az" Ermənistan mətbuatına istinadən məlumatına görə, xəstəxanadan bildirilib ki, hadisə nəticəsində 20 nəfər yaralı var.

Qeyd edək ki, avtomobil qəzasında 4 nəfər dünyasını dəyişib.

19:21

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.