ŞAD XƏBƏR: Bu şəxslərin maaşı artırılacaq

ŞAD XƏBƏR: Bu şəxslərin maaşı artırılacaq

Həkimlərin əməkhaqlarının artırılaraq 1000 manata çatdırılması nəzərdə tutulur.

Birxeber xəbər verir ki, bunu mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

Bundan başqa, reanimasiya, intensiv terapiya və digər şöbələrdə çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək.

Digər bir yenilik isə tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlıdır.

Zaur Əliyev qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb. Təkliflərdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda, gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.

O, Xidmətlər Zərfinə edilən dəyişikliklərdən də danışıb. Bildirib ki, hazırlanmış yeni layihədə daha 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.

Zaur Əliyev Şuşadan sonra işğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılmasının nəzərdə tutulduğunu da bildirib.

Birxeber
Sosial Sosial
Dövlət rüsumunun ödənilməsi ilə bağlı DƏYİŞİLİK

Dövlət rüsumunun ödənilməsi ilə bağlı DƏYİŞİLİK

Sosial Sosial
FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

Sosial Sosial
Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb

Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb

Sosial Sosial
Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış oldu

Fərid Qayıbov pandemiya vaxtı xəstəxanaya çevrilmiş komplekslə tanış oldu

Sosial Sosial
Azərbaycanda güclü zəlzələ ola bilər? - AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ ola bilər? - AÇIQLAMA

Sosial Sosial
Körfəzdə yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Körfəzdə yanacaq qaçaqmalçılığına cəhd edən gəmi saxlanılıb

Sosial Sosial
Su üzrə tariflərin differensiasiya olunması təklif olunur

Su üzrə tariflərin differensiasiya olunması təklif olunur

Sosial Sosial
Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ

Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ

Sosial Sosial
Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı 70 qəpik olacaq? - AÇIQLAMA

Sosial Sosial
Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Sosial Sosial
Azərbaycanda məktəbdə rüşvət qalmaqalı 

Azərbaycanda məktəbdə rüşvət qalmaqalı 

Sosial Sosial
Bakıda “Zapı”lardan ibarət maraqlı kolleksiya - FOTO

Bakıda “Zapı”lardan ibarət maraqlı kolleksiya - FOTO