İsrailin müdafiə naziri: Özümüzü müdafiə etməyə hazırıq

İsrailin müdafiə naziri: Özümüzü müdafiə etməyə hazırıq

"İsrail və ABŞ terrora qarşı mübarizədə birlikdədir - indi dünya İranın kim olduğunu çox yaxşı anlayır".

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Ordusunun Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla ilə görüşdən sonra “X” hesabında bildirib.

“Biz ən yaxşı müdafiə sistemləri ilə hazırıq. Dünya Yaxın Şərqdə terroru dəstəkləyən və maliyyələşdirən, indi də İsraili hücumla hədələyən İranın əsl üzünü görür. Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək quruda və havada özümüzü müdafiə etməyə hazırıq və necə cavab verəcəyimizi bilirik” – deyə müdafiə naziri qeyd edib.