Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru: Minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru: Minaya düşərək xəsarət alan şəxsin vəziyyəti ağırdır

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.

"Birxeber.Az"un Qarabağ bürosu xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.

"Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.