Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına düşüb, ölənlər var.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə aprelin 12-də saat 15:25 radələrində qeydə alınıb. “Ural” markalı yük avtomobili naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində, ilkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.