Bahar Muradova: "Qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik"

Bahar Muradova: "Qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik"

Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik.

"Report"un məlumatına görə, bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin rəhbəri Bahar Muradova deyib.

O qeyd edib ki, hər kəs vətəndaş olduğu kimi həm də seçicidir: "Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik. Ona görə hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai siyasi proseslərdə aktiv iştirakını istəyirik. Qadınların seçkidə iştirakını təşviq etmək, onlara yardımçı olmaq bizim öhdəliyimizdir. Qadın ailədə böyük rol oynayır. Ona görə siyasi-ictimai proseslərdə iştirakın təşviqi məsələsində də qadınların rolu danılmazdır".