Kəlbəcərdə avtomobil qəzası zamanı ölən sürücünün meyiti tapılıb - YENİLƏNİB

Kəlbəcərdə avtomobil qəzası zamanı ölən sürücünün meyiti tapılıb - YENİLƏNİB

Kəlbəcərdə avtomobil qəzası zamanı ölən sürücünün meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib.

Belə ki, R.Şahbazovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

11:45

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meyitini sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində "HOVO" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.