Gürcüstan və Almaniya Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstan və Almaniya Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Koxabidze Almaniya Kansleri Olaf Şoltsla Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Almaniyada keçirilən birgə mətbuat konfransında deyib.

“Biz Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə etdik, ölkəmiz regionda sülhün və sabitliyin bərqərar olmasında xüsusi rol oynayır ki, bu da regionun bütün ölkələrinin maraqlarına cavab verir, eləcə də iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq edir", - o vurğulayıb.