İtaliya klubunun futbolçusu ölümdən dönüb

İtaliya klubunun futbolçusu ölümdən dönüb

İtaliyanın “Latsio” klubunun və Albaniya millisinin müdafiəçisi Elseid Hüsay ölümdən dönüb.

“Birxeber.Az” “Corriere dello Sport”a istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun idarə etdiyi avtomobili qəfil alovlanaraq yanmağa başlayıb.

Qapılar bağlandığından Hüsay bir müddət çölə çıxa bilməyib. Yalnız ətrafdakı insanların köməyindən sonra avtomobili tərk edən futbolçu canını qurtara bilib.

Qeyd edək ki, E.Hüsay cari mövsüm “Latsio”nun heyətində 23 oyun keçirib.