İspaniya və Norveç Fələstini tanımağa hazır olduqlarını bildiriblər

İspaniya və Norveç Fələstini tanımağa hazır olduqlarını bildiriblər

İspaniya və Norveç hakimiyyəti Fələstini dövlət kimi tanımağa hazırdır, lakin hələlik konkret tarixlər yoxdur.

“Birxeber.Az” xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Norveçdə keçirdiyi mətbuat konfransında deyib.

"Norveç və İspaniya bu addımı atmağa hazırdırlar. Biz Fələstini mümkün qədər tez tanımağa hazırıq", - o vurğulayıb. P.Sançes, həmçinin Yaxın Şərq nizamlanması üzrə beynəlxalq konfransın keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl İspaniyanın Baş naziri Madridin Fələstini iyula qədər tanıya biləcəyini qeyd edib.