Azərbaycan cüdoçuları Berlində mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları Berlində mübarizə aparacaqlar

Azərbaycanın yeniyetmə cüdoçuları aprelin 13-14-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar.

“Birxeber.Az” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 ölkədən 776 idmançının qatılacağı birincilikdə oğlanlar arasında 7 çəki dərəcəsində 15 təmsilçimiz çıxış edəcək.

Heyətdə Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, Məhəmmədəli Hüsiyev (hamısı 50 kq), Yusif Qüdrət (55 kq), Mirxaliq İsgəndərov, Özqan Quliyev, Nihad Rəhimov, Fərid Qarayev (hamısı 60 kq), Ümid Qurbanov, Kənan Sadıqov, Sadiq İsgəndərov (hamısı 66 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (hər ikisi 81 kq) və Sübhan Axundov (+90 kq) yer alıblar.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.