Diplomat: İranın ABŞ hərbi bazasına zərbə ilə heç bir əlaqəsi yoxdur

Diplomat: İranın ABŞ hərbi bazasına zərbə ilə heç bir əlaqəsi yoxdur

İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatlarının (PAU) zərbəylə heç bir əlaqəsi yoxdur.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib.

Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib. Pentaqon rəhbəri Lloyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımi yerdə" cavab verəcəyini vəd edib.