Azərbaycanda “Vergi coğrafi informasiya sistemi” təkmilləşdiriləcək

Azərbaycanda “Vergi coğrafi informasiya sistemi” təkmilləşdiriləcək

Azərbaycanda “Vergi coğrafi informasiya sistemi”nin təkmilləşdirilməsi nəzərdə tutulur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, təkmilləşdirmə işləri çərçivəsində Sistemə yeni funksionallıqların əlavə edilməsi, onun veb versiyasında və mobil tətbiqində “Sahə və Operativ Nəzarət” modulunun yaradılması, fərqli zamanlarda əldə edilən küçələrin 360 dərəcəli panoramik təsvirləri istifadə edilərək dərin öyrənməyə əsaslanan süni intellekt vasitəsi ilə avtomatik dəyişiklikləri aşkar etmə modulunun hazırlanması nəzərdə tutulur.