Gəncədə usta intihar edib

Gəncədə usta intihar edib

Gəncədə intihar hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Gəncə şəhər sakini Daşdəmir Cəfərov işlədiyi avtomobil təmir sexində özünü iplə asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.