Türkiyədə bayram günlərində 48 nəfər yol qəzalarında ölüb

Türkiyədə bayram günlərində 48 nəfər yol qəzalarında ölüb

Türkiyədə Ramazan bayramının 6 günündə 3706 yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, qəzalar zamanı ümumilikdə 48 nəfər həyatını itirib, 6184 nəfər isə xəsarət alıb.

Nazir deyib ki, bayram tətili günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən vətəndaşlar geri dönməyə başlayıb. Bu səbəbdən yollarda sıxlıq artıb.