KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum olub

KTMT-nin hərbi təlimlər üzrə qrafiki məlum olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının cari ilə planlaşdırılan hərbi təlimlərinin qrafiki məlum olub.

APA-nın xəbərinə görə, bu barədə məlumat təşkilatın Parlament Assambleyasından verilib.

Qeyd olunub ki, aprelin 9-dan 11-dək keçirilən müzakirələr nəticəsində qərara alınıb ki, cari ildə Qırğızıstanda “Birgə fəaliyyət - 2024” Komanda-Qərargah Təlimləri Baş tutacaq.

Daha sonra isə təşkilata üzv ölkələrin hərbçiləri adıçəkilən ölkədə “Axtarış - 2024”, habelə “Eşelon – 2024” hərbi təlimlərinə toplaşacaqlar.

İl ərzində KTMT-yə üzv dövlətlərin hərbi strukturlarının təmsilçiləri həmçinin Qazaxıstan və Tacikistanda da “Sarsılmaz qardaşlıq - 2024” və “Hüdud - 2024” adlı manevrlərə qatılacaqlar.