Ağdərədə odlu silahlar aşkarlanıb

Ağdərədə odlu silahlar aşkarlanıb

İşğaldan azad olunan Ağdərə rayonunda odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin və Daxili Qoşunların hərbi qulluqçuları Ağdərə rayonunun Umudlu kəndi ərazisində xidmətdə olan zaman 3 pulemyot, 1 qumbaraatan və 1 avtomat aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.