Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

"Report" xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.

B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.