“Azərkosmos”: "Qarabağ bölgəsində “Azconnexus” şəbəkəsinin genişləndirilməsi davam edir"

“Azərkosmos”: "Qarabağ bölgəsində “Azconnexus” şəbəkəsinin genişləndirilməsi davam edir"

Azərbaycanın Qarabağ bölgəsində “Azconnexus” şəbəkəsinin genişləndirilməsi davam edir.

Bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

“Azərkosmos”un təqdim etdiyi “Azconnexus” platforması çərçivəsində peykimizin əhatə dairəsinin istənilən bir yerində, xüsusilə də mürəkkəb relyefə malik ərazilərdə internet və data xidmətləri vermək mümkündür. Bundan da bildiyiniz kimi biz Qarabağ bölgəsində istifadə edirik. Sorğuya uyğun olaraq yeni sistemlər də quraşdırılır”, - deyə o qeyd edib.

D.Bədirxanovun sözlərinə görə, ötən ildən fəaliyyətə başlayan Coğrafi İnformasiya Sistemləri Mərkəzi vasitəsilə peyk xidmətlərinin rəqəmsallaşdıraraq, peyk həllərindən istifadə edərək 100-dən çox layihə icra olunub: “Bunların 30-u sırf işğaldan azad edilmiş ərazilərdə həyata keçirilib. Bunlar əsasən kənd təsərrüfatı, ekologiya və ətraf mühit məsələlərinə aid olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu layihələrdə iştirakımız davam edir”.

Dunay Bədirxanovla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.