Misir XİN: G7 Qəzzada atəşkəsə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməlidir

Misir XİN: G7 Qəzzada atəşkəsə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməlidir

“Böyük Yeddilik” (G7) ölkələri Qəzzada atəşkəsə nail olmaq üçün məsuliyyəti öz üzərinə götürməlidir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri italiyalı həmkarı Antonio Tayani ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, G7 Qəzza zolağında münaqişə tərəfləri arasında atəşkəsin əldə olunması və Fələstin sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün məsuliyyət daşımalıdır.

S.Şükri qeyd edib ki, hərtərəfli atəşkəsə nail olmaq regionda böhran vəziyyətinə son qoymağın və zorakılığın artmasını məhdudlaşdırmağın yeganə yolu olaraq qalır.

Şükri və Tayani, həmçinin Livanın cənubundakı vəziyyəti və Qırmızı dənizdə təhlükəsizliyi müzakirə ediblər.

İtaliyalı nazir Qahirənin regional rolunu vurğulayaraq, Misirlə koordinasiya və konstruktiv təmasların davam etdiriləcəyinə ümidvar olduğunu deyib.