Ötən gün 26 kq-dan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 26 kq-dan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən Birxeber.Az-ya verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.