“Barselona” klubu kapitanı ilə yollarını ayıracaq

“Barselona” klubu kapitanı ilə yollarını ayıracaq

İspaniyanın “Barselona” klubu kapitanı Serxi Roberto ilə yollarını ayıracaq.

“Report”un AS nəşrinə istinadən məlumatına görə, kataloniyalılar onunla vidalaşmaq qərarına gəliblər.

31 yaşlı müdafiəçi komandanın baş məşqçisi Xavinin istəyi ilə yeni birillik müqaviləni razılaşdırıb. Lakin Xavinin yayda postunu tərk edəcəyini açıqladıqdan sonra rəhbərlik Roberto ilə bağlı fikrini dəyişib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxi Roberto 2010-cu ildən əsas komandada çıxış edir.