Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO

Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.