Orenburqda bir gecədə daha 361 ev su altında qalıb

Orenburqda bir gecədə daha 361 ev su altında qalıb

Rusiyanın Volqayanı Federal Dairəsinin Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi artmaqda davam edir.

“Report” xəbər verir ki, bu barədə Orenburq şəhərinin rəhbərinin birinci müavini Aleksey Kudinov məlumat verib. Onun sözlərinə görə, suyun səviyyəsi bir metri keçib.

“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb”, - o qeyd edib.

Bundan əvvəl Rusiya Federasiyası Tikinti Nazirliyinin rəis müavini Aleksandr Lomakin bildirib ki, Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.