KİV: İran İsrailin hücumuna məhdud şəkildə cavab verəcəyini bildirib

KİV: İran İsrailin hücumuna məhdud şəkildə cavab verəcəyini bildirib

Tehran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab vermək niyyətindədir, lakin bunu məhdud şəkildə edəcək.

APA “Axios” portalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Almaniyanın xarici işlər naziri Annalena Berboka deyib.

“Əmir Abdullahian cümə axşamı almaniyalı həmkarına deyib ki, İran İsrailin keçən həftə Dəməşqdəki konsulluğunun binasını bombalamasına cavab verməkdə qərarlıdır, lakin bunu "uyğun" və məhdud şəkildə edəcək”, - məlumatda deyilir.