Rusiyada valyuta pozuntularının sayı dörd dəfədən çox artıb

Rusiyada valyuta pozuntularının sayı dörd dəfədən çox artıb

Rusiyanın Federal Vergi Xidməti (FTS) 2023-cü ildə 74,4 min valyuta qanunvericiliyinin pozulması faktını müəyyən edib.

“Report” RBC-yə istinadən xəbər verir ki, bu, bir il əvvəlkindən 4,6 dəfə çoxdur (2022-ci ildə bu göstəricilər əsasında 16,2 min qanun pozuntusu müəyyən edilib).

Bu cür məlumatlar xidmətin 2023-cü il üçün işlərin yekunlarına dair təqdimatında göstərilib. Valyuta pozuntuları ilə bağlı başlanmış işlərin sayı da 3,1 dəfə artaraq 79,7 minə çatıb.

Təqdimatda toplanmış cərimələrin həcmi göstərilməsə də, 2023-cü ildə cərimələrin tutulmasının səmərəliliyinin 117,8 faiz (2021 və 2022-ci illərdə 100 faiz) olduğu göstərilir.

2023-cü ildə valyuta qanunvericiliyinin pozulması hallarının sayının artmasına ilk növbədə 2022-ci il iyunun 1-dən dekabrın 31-dək qüvvədə olan valyuta qanunvericiliyinə əməl olunmasının yoxlanılmasına moratoriumun tətbiqi səbəb olub.