Rusiya XİN: Finlandiya nüvə təhlükəsi yaradarsa, Moskvanın əks tədbirlərini yüksək səviyyədə hiss edəcək

Rusiya XİN: Finlandiya nüvə təhlükəsi yaradarsa, Moskvanın əks tədbirlərini yüksək səviyyədə hiss edəcək

Finlandiya Rusiyaya nüvə təhlükəsi yaradacağı təqdirdə Moskvanın yüksək səviyyədə hərbi-siyasi tədbirləri ilə üzləşəcək.

APA xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Vladimir Yermakov deyib.

“Finlandiya hakimiyyətinin nə etdiklərini bilib-bilməməsindən asılı olmayaraq, onlar Rusiyanın hərbi-texniki cavab tədbirləri ilə üzləşəcəklər”, - diplomat qeyd edib.

Bir müddət öncə Finlandiya Prezidenti Aleksander Stubb Rusiya ilə siyasi dialoqun olmadığını açıqlayıb.