Kəlbəcərdə yük maşını çaya aşıb, 2 nəfər ölüb - FOTO

Kəlbəcərdə yük maşını çaya aşıb, 2 nəfər ölüb  - FOTO

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.

Faktla bağlı araşdırma aparılır.