Avropa Parlamentinin deputatları Ukraynaya görə demarş keçirib

Avropa Parlamentinin deputatları Ukraynaya görə demarş keçirib

Avropa Parlamentinin deputatları Brüsseldə planlaşdırma sessiyasında Kiyevi raketdən müdafiə sistemləri ilə təmin etmək üçün kifayət qədər səy göstərilməməsi bəhanəsi ilə Avropa İttifaqı Şurasının 2024-cü il üçün büdcə xərclərini təsdiqləməkdən imtina edərək demarş keçiriblər.

“Report” xəbər verir ki, Avropa parlamentariləri Avropa İttifaqı Şurasının xərclərinin təsdiqi ilə bağlı səsvermənin üzv dövlətlərin hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyi vaxta qədər növbəti plenar iclasa keçirilməsinin lehinə çıxış ediblər.

Bu qərarın lehinə 515 deputat, əleyhinə 62 deputat səs verib, daha 20 deputat bitərəf qalıb. Deputatlar sonda Avropa Komissiyasının Aİ büdcəsinin 95 faizini təşkil edən xərclərini təsdiqləyiblər.