Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Yolu keçən Qarabağlı kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu avtomobil vurub.

Piyada yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılarkən aldığı xəsarətlərdən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.