Sunak: London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır

Sunak: London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır

Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın İsrailə qarşı cavab təhdidlərini qəbuledilməz adlandırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti məlumat yayıb.

“İrandan gələn təhdidlər qəbuledilməzdir və biz də amerikalılar kimi İsrailin onlara qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyirik”, - Sunak deyib.

Britaniyanın baş naziri həmçinin qeyd edib ki, London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır və krallıq İran kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə mübarizə aparır.