Azərbaycanın gənc gimnastları “Slovak Aerobic Open”də çıxış edəcəklər

Azərbaycanın gənc gimnastları “Slovak Aerobic Open”də çıxış edəcəklər

Azərbaycanın gənc aerobika gimnastları “Slovak Aerobic Open” turnirində çıxış edəcəklər.

"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 12-14-də Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq yarışa 5 idmançımız qatılacaq.

Məşqçi Emil Quliyevin rəhbərliyi altında mükafatlar uğrunda Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı mübarizə aparacaq. Tünzalə Daşdəmirova isə yarışda hakim qismində ölkəmizi təmsil edəcək.