Türkiyədə bayram tətilində yol qəzalarında 38 nəfər ölüb

Türkiyədə bayram tətilində yol qəzalarında 38 nəfər ölüb

Türkiyədə bayram tətilinin 5 günü ərzində 3071 yol qəzası baş verib, 38 nəfər ölüb.

APA xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında Ramazan bayramı tətilinin 5 günündə 3 min 71 yol qəzasında 38 nəfərin həyatını itirdiyini bildirib. Qeyd olunub ki, qəzalarda 5026 nəfər yaralanıb.

Bayramın 5-ci günündə 618 yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilib.