Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırıb

Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırıb

Şimali Koreya lideri Kim Çen In ordunu müharibəyə hazırlaşmağa çağırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 10-da Koreya Xalq Demokratik Respublikasının lideri Kim İr Sen adına Hərbi-Siyasi Universitetdə olarkən Cənubi Koreya paytaxtı Seulun maketinə baxış keçirib.

Kim Çen In Şimali Koreya ordusunu “heç vaxt olmadığı kimi müharibəyə hazırlaşmağa” çağırıb.

Şimali Koreya liderinin Hərbi Sənaye Universitetinə səfərinin nəticələri barədə məqalə və fotoşəkillər aprelin 11-də Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilib.