Türkiyədə Yunanıstana qanunsuz keçmək istəyən 9 nəfər tutulub

Türkiyədə Yunanıstana qanunsuz keçmək istəyən 9 nəfər tutulub

Türkiyədə Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 9 nəfər tutulub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, ölkədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 9 nəfər Ədirnədə sərhəd qoşunları tərəfindən yaxalanıb. Araşdırmalar nəticəsində tutulan şəxslərdən birinin PKK/KCK terror təşkilatı üzvü olduğu müəyyən edilib.