Azərbaycan və Uqanda XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Uqanda XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar arasında telefon danışığı baş tutub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı, Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlərin perspektivləri və Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğuna məmnunluqla istinad edib. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçiriləcək QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycanın 2019-cu ildən bəri Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan QH-nın 19-cu Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
XİN başçısı: "İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır"

XİN başçısı: "İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır"

Xarici siyasət Xarici siyasət
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizdə rəsmi səfərdədir

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov ölkəmizdə rəsmi səfərdədir

Xarici siyasət Xarici siyasət
YAP nümayəndə heyəti Türkiyədə azərbaycanlıların ağsaqqallarından olan Samet Yolcunun yas mərasimində iştirak edib

YAP nümayəndə heyəti Türkiyədə azərbaycanlıların ağsaqqallarından olan Samet Yolcunun yas mərasimində iştirak edib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Xarici siyasət Xarici siyasət
Sahibə Qafarova Ermənistanın manipulyasiyaları ilə əlaqədar dünya parlamentlərinə müraciət edib

Sahibə Qafarova Ermənistanın manipulyasiyaları ilə əlaqədar dünya parlamentlərinə müraciət edib

Xarici siyasət Xarici siyasət
YAP nümayəndə heyəti Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyini ziyarət edib

YAP nümayəndə heyəti Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyini ziyarət edib

Xarici siyasət Xarici siyasət
XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq qurumları təşkilatçılara qarşı cəza tədbirlərini görməyə çağırıb

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq qurumları təşkilatçılara qarşı cəza tədbirlərini görməyə çağırıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb

Ceyhun Bayramov isveçli həmkarı ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Dövlət başçısı: "Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur"

Dövlət başçısı: "Rumıniya-Azərbaycan əməkdaşlığı yeni mərhələyə daxil olur"

Xarici siyasət Xarici siyasət
İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb

İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb

Xarici siyasət Xarici siyasət
Mərakeş Azərbaycana başsağlığı verib

Mərakeş Azərbaycana başsağlığı verib